- Главная Страница
-
Условия и положения
- Elanın yerləşdirilməsi
- İstifadəçinin saytda eyni anda yer alan elanlarının sayı Administrasiya tərəfindən təyin olunmuş limiti aşmamalıdır. Yerləşdirilmiş elanlar təkrarlanmamalı və saytın qaydalarına zidd olmamalıdır.
- Saytda olan elanda məhsul və ya xidmət haqqında məlumat və şəkilləri başqa məhsul və ya xidmətə aid olan məlumat və ya şəkillərə dəyişmək qadağandır.
- Elan yerləşdirərkən əmin olmalısınız ki, elan saytın qaydalarına tam olaraq uyğundur. Elan dərc edildikdən sonra belə administrasiya tərəfindən təkrar yoxlama zamanı qayda pozuntusu aşkar edilərsə, həmin elanlara düzəliş etmək və saytdan silmək hüququnu administrasiya özündə saxlayır.
- Saytda eyni zamanda iki və daha çox təkrar elan aşkar olunarsa, təkrar olan elanlar silinir.
- Hər hansı bir ödənişli xidmət elanı xidmətin tətbiq olunma müddətinə bərpa edir və elanın müddətini uzadır.
- Şəxsi əlaqə məlumatları
- Şəxsi əlaqə vasitələri düzgün qeyd olunmalıdır: ad, soyad, telefon nömrəsi və ünvan.
- Elan yerləşdirərkən işlək olan mobil telefon nömrənizdən istifadə etməlisiniz. İşlək olmayan mobil telefon nömrənizdən istifadə etdikdə elanın “Düzəliş et” və “Elanı sil” funksiyalarından istifadə etmək üçün göndərilən PIN-kodu əldə etməyəcəksiniz və adı çəkilən əməliyyatları həyata keçirə bilməyəcəksiniz. Bir istifadəçinin (hüquqi və ya fiziki şəxs kimi) yalnız bir istifadəçi hesabı ola bilər. Texniki analiz əsasında bir istifadəçiyə məxsus bir neçə hesab aşkarlandıqda sistem tərəfindən təkrar kimi nəzərə alınacaq və avtomatik ləğv ediləcək və ya bloklanacaq.
İstifadəçilərə istifadəçi hesablarını (istifadəçi hesabına daxil olmaq üçün lazım olan məlumatları) icarəyə vermək/götürmək və ya özgəninkiləşdirmək qadağandır.
Elanda hər hansı dəyişiklik etmək üçün elan dərc olunan zaman sizin elektron poçt ünvanınıza göndərilən PIN-kodu daxil edin. Əgər elektron poçt ünvanınızı səhv qeyd etmisinizsə, PIN-kod telefon nömrənizə göndərilə bilər - Mütləq şəkildə işlək və özünüzə məxsus telefon nömrəsi göstərin – bu, sizin sürətli və uğurlu əməliyyat aparma şansınızı yüksəldəcək.
Telefon nömrəsi müvafiq sətirdə qeyd olunmalıdır. Telefon nömrəsinin elanın başlığında və ya məzmuna qeyd olunması qadağandır.
Nəzərdə saxlayın ki, digər şəxsə narahatlıq yaratmamaq məqsədilə başqa bir şəxsin nömrəsini qeyd etmək qadağandır və bu, sizin istifadəçi hesabınızın bərpa hüququ olmadan blok olunmasına səbəb olacaq.
Elanda telefon nömrəsi səhv qeyd olunubsa, elan saytdan silinəcək.
İstifadəçi yerləşdirdiyi elanın dəqiqliyinə, tamlığına, onun Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğuna, elanda yerləşdirilən məlumatların üçüncü şəxslərin hüquqlarını pozmamasına və onların iddialarından azad olmasına görə məsuliyyət daşıyır.
- Elanda düzəlişlərin edilməsi
- Elanda düzəliş etmək üçün “DÜZƏLİŞ ET” düyməsini seçmək və elektron poçt ünvanınıza gələn PIN-kodu daxil etmək kifayətdir. Dərc olunmamış elanlarda düzəliş etmək mümkün deyil.
- Elanda düzəliş etməklə onu irəli çəkmiş olmursunuz. Bu funksiya yalnız elandakı şəkil, məzmun və qiymət dəyişiklərini həyata keçirir.
- Elanlar üçün nəzərdə tutulmuş qaydalar “DÜZƏLİŞ ET” funksiyasına da aiddir.
- Düzəliş adminstrator tərəfindən yoxlanılır və elan qaydalara uyğun deyilsə, silinir.
- Təkrar elanlar
-
- Tamamilə eyni məzmunlu və ya məna baxımından oxşar elanlar;
- Ümumi aktiv elan olduğu halda, həmin elanın tərkib hissəsinə daxil olan məhsul və ya xidmətlərdən ibarət ayrı-ayrı yerləşdirilmiş elanlar və əksinə;
Təkrar elanların yerləşdirilməsi məhsulun satışını tezləşdirmir, əksinə, satıcılar üçün satış çətinləşir, alıcılar isə təkrarlanan elanlar arasından uyğun təklifi tapmaq üçün çox vaxt sərf etməli olur.
Əgər siz məhsulu satmısınızsa, yaxud təklifiniz artıq qüvvədə deyilsə, satışdan və ya təklif qüvvəsini itirdikdən dərhal sonra elanınızı elanlar siyahısından çıxarın (ləğv edin).
Əgər sizin artıq dərc olunmuş və ya yoxlanış mərhələsində olan elanınız varsa, bu elanın təkrarlanmasına yol verməməlisiniz!
- İki və daha çox istifadəçi hesabı olan istifadəçilər
-
- Bir fiziki və ya hüquqi şəxs üzrə yalnız bir istifadəçi hesabının yaradılmasına və istifadəsinə icazə verilir. Siz “Mənim elanlarım” şəxsi istifadəçi hesabınıza telefon nömrəniz vasitəsilə daxil ola bilərsiniz;
- Texniki analizlər bir istifadəçiyə aid olan istifadəçi hesablarını aşkar etdikdə bu hesablar sistem tərəfindən təkrar kimi qəbul edilərək avtomatik şəkildə dayandırılır və ya blok edilir;
- İstifadəçilərə istifadəçi hesablarını (istifadəçi hesabına daxil olmaq üçün lazım olan məlumatları) icarəyə vermək/götürmək və ya özgəninkiləşdirmək qadağandır.
- Əgər siz aktiv istifadəçi hesabınızdakı əlaqə məlumatlarını dəyişmək istəyirsinizsə, yeni istifadəçi hesabına ehtiyac yoxdur. Bunun üçün [email protected] elektron poçt ünvanına texniki dəstək üçün müraciət etməyiniz kifayətdir. Müraciətiniz saytın qaydalarına uyğun olduğu təqdirdə dəyişiklilər təmin ediləcəkdir.
Sayt rəhbərliyi dəyişikliklər etmək və etməmək hüququnu özündə saxlayır.
- Yanlış kateqoriyada yerləşdirilən elanlar
-
- Elanın məhsulun tipinə, təyinatına, özəlliyinə, məqsədinə, elanın başlığındakı adına uyğun olmayan kateqoriyada yerləşdirilməsi və/və ya məzmununda saytın istifadəçilərində anlaşılmazlıq yarada biləcək digər məlumatların yerləşdirilməsi qadağandır.
- Elanla bağlı düzgün məlumatlar yerləşdirin. Verilən yanlış məlumata görə, elan sahibi məsuliyyət daşıyır.
Elanınızın məzmununa maksimum ən uyğun kateqoriya, tip, görünüşü seçin – bu onun həm potensial müştərilər, həm də axtarış sistemləri tərəfindən tapılması şansını yüksəldir. - Elanın yanlış kateqoriyada və ya bölmədə yerləşdirilməsi onun silinməsinə və ya daha uyğun kateqoriya və ya bölməyə köçürülməsinə səbəb ola bilər.
- Başlıq
Elanın başlığı qısa, təqdim olunan məhsul və xidmətlərə uyğun və münasib olmalıdır. Başlıq – potensial müştərinin diqqətinə çatdırılan ilk şeydir. Çalışın ki, onu dəqiq və qısa edəsiniz (maksimum simvol sayı: 100).
Başlıqda yol verilmir:
-
- Bütünlüklə və ya ayrı-ayrı sözlərdə baş hərflər, abreviaturalar (ixtisarlar) istisna olmaqla);
- Düzgündür: Lovol 504;
Qadağandır: LOVOL 504.
- Düzgündür: Lovol 504;
- Bütünlüklə və ya ayrı-ayrı sözlərdə baş hərflər, abreviaturalar (ixtisarlar) istisna olmaqla);
- Əlaqə məlumatları (Ad, soyad,telefon nömrəsi, şəhər);
- Düzgündür: Solis 26;
- Qadağandır: Solis 26, 123-45-67 zəng edin.
- Əgər siz məhsulu mübadilə (barter) etməyə hazırsınızsa, bunu “Təsvir” hissəsində mübadilə şərtlərini əlavə etməklə göstərin.
- 9. Elanın təsviri (xarakteristikası)
- Potensial müştərilər daim açar sözlər vasitəsilə konkret məhsulu axtarırlar. Bu səbəbdən bir yerləşdirmədə ona aid qiymət və şəkillə birlikdə yalnız bir məhsulun (predmetin, obyektin) göstərilməsi çox vacibdir.
- Məhsulun bütün detalları, xüsusiyyətləri və xarakteristikaları təsvirdə göstərilməlidir. Təsvir əvəzinə məhsul haqqında müştərinin daha ətraflı tanış olması üçün yalnız keçid linki yerləşdirməyin. Heç də bütün istifadəçilərin məhsul haqqında daha ətraflı oxumaq üçün tanınmayan bir keçid linkinə daxil olmağa vaxtı və marağı olmur. Keçid linkinin yerləşdirilməsinə yalnız məhsulun və ya xidmətin təsviri barədə daha ətraflı məlumat vermək üçün yol verilir. Həmçinin, rəqib servislərə keçid linkləri də qadağandır.
- Dəqiq olmayan və ya yanlış məlumatın göstərilməsi, həmçinin, məhsulların qüsurlarının gizlədilməsi elanın silinməsinə səbəb ola bilər.
- Məzmun və məna baxımından təkrar olan elanların yerləşdirilməsi qadağandır. Transliterasiyaya – rus dilindəki sözlərin latın hərfləri ilə yazılmasına yol verilmir.
- Nəzərdə saxlayın: Təsvirdə telefon nömrəsinin, elektron poçt ünvanının, “Instagram”, “Facebook” və digər sosial şəbəkələrdəki hesabların linklərinin göstərilməsi qadağandır. Telefon nömrəsi və ünvan üçün xüsusi sətir mövcuddur.
- 10. Şəkil
- Elanınıza mütləq şəkil əlavə edin (hər başlıq üzrə 20-yə qədər şəklə icazə verilir). Nəzərə çarpmayan şəkillərin yer aldığı analoji elanlardan fərqli olaraq məhsulun keyfiyyətli, dəqiq və real şəklini görən müştəri sizin təklifinizlə daha çox maraqlanacaq.
- Şəkillər keyfiyyətli olmalıdır.
- Şəkillərdə reklam xarakterli məlumat olmamalıdır.
- Məhsulu/xidməti təsvir edən şəkil başlığa və elanın mətninə uyğun olmalıdır. Şəkildə yalnız təklif olunan obyekt nümayiş etdirilməlidir.
- Təsvir edilən obyektin aydın seçilmədiyi, keyfiyyətsiz şəklin əlavə edilməsinə yol verilmir. Həmçinin, erotik və pornoqrafik tərkibli şəkillərin yerləşdirilməsi qadağandır.
- Stokdan götürülmüş bütün hazır fotolar, arxa fonunda mağaza vitrinləri görünən, internetdən götürülmüş və ya kataloqlardan skan edilmiş, bir sözlə, satılan real məhsulla heç bir əlaqəsi olmayan fotoşəkillər ciddi şəkildə araşdırılacaq və dərc olunmaya bilər. Bir sıra kateqoriya və bölmələr üçün real şəkillərin olması mütləqdir:
- Nəqliyyat (Nəqliyyat vasitəsi Azərbaycan Respublikası ərazisində çəkilməlidir);
- Qadağan olunmuş məhsul və xidmətlər
- Qadağan olunmuş məhsullar və xidmətlərin yer aldığı elanların yerləşdirilməsinə yol verilmir. Eyni zamanda, elanda (başlıq, mətn, video) və ya istifadəçi adında erotik, pornoqrafik, ədəbsiz, ekstremist və ya “traktor.az” saytının tələblərinə cavab verməyən digər məzmun və anlayışların istifadəsi yolverilməzdir.
- Elanı yalnız konkret məhsul və xidmətlər barəsində verin – ümumi reklam xarakterli və ya konkret təklif irəli sürməyən elanlar yolverilməzdir. Həmçinin, məhsulların hərrac yolu ilə satılması və hərracların reklam edilməsi qadağandır.
- Şübhəli gəlir əldə etmə üsulları, o cümlədən, internet üzərindən olan üsullar barədə elanların yerləşdirilməsi yolverilməzdir.
Məsələn: Elektron pul kisəsinə 10 AZN yükləyin və daha çox qazanın. - İcazəsiz və istifadə hüququ olmadan tanınmış brendlərin loqolarının və ticarət nişanlarının elanda və ya istifadəçi adında istifadə edilməsi qadağandır.
Yuxarıda qeyd olunan Qaydalardan hər hansı birinin pozulması elanın silinməsi üçün əsas ola bilər. (müvəqqəti olaraq – redaktə etmək imkanı olmaqla, həmçinin qəti olaraq – bərpa etmək hüququ olmadan).
Yuxarıda qeyd olunan Qaydalardan hər hansı birinin pozulması, həmçinin digər istifadəçilərin çoxsaylı müraciəti istifadəçi hesabının bloklanması ilə nəticələnə bilər.